Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir E.Həsənov/
Erməni diasporunun aktiv fəaliyyət göstərdiyi Amerikanın Kaliforniya ştatı Assambleyasının üzvü Felipe Fuentes Azərbaycan xalqına Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı başsağlığını bildirib.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
"Fuentes Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayaraq, Xocalıda baş vermiş bu faciəvi hadisələrlə bağlı başsağlığını çatdırıb", - Trend -a çərşənbə axşamı telefonla Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Elçin Süleymanov məlumat verib.
"Bu çox vacib hadisədir, çünki Kaliforniya dövlət qurumlarında çoxlu erməniyönlü məmurlar var. Dünyada artıq ankamağa başlayırlar ki, ermənilər Ermənistan-Azərbaycan münaqişəsi haqda yalan məlumat yayırlar", - Süleymanov qeyd edib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]