...

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan prezidenti ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Mart 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend / Ermənistan prezidenti Serj Sarkisyan bazar ertəsi ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Metyu Brayza (ABŞ) və Bernar Fasye (Fransa), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib.

Ermənistan prezidentinin mətbuat xidmətindən "Novosti-Armeniya" agentliyinə verilən məlumata görə, görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da iştirak edib.

"Həmsöhbətlər Ermənistan və Azərbaycan prezidentlərinin Sürix görüşünə toxunublar, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin hazırkı mərhələsi ilə bağlı məsələləri müzakirə ediblər", - deyə məlumatda bildirilir.

Həmsədrlər Ermənistan dövlətinin rəhbərini Bakı və Xankəndində keçirdikləri görüşlərin yekunları barədə məlumatlandırıblar.

Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti