...

Azərbaycanın gənclər təşkilatları sərhədlərin açılmasına imkan verilməməsi üçün türkiyəli həmkarlarına müraciət ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Aprel 2009 17:44 (UTC +04:00)

Azərbaycan, Bаkı, 09 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın gənclər təşkilatları Türkiyə-Ermənistan sərhədlərinin aşılması ehtimalının qarşısının alınması üçün türkiyəli həmkarlarına müraciət ediblər.

"Sərhədlərin açılacağı ilə bağlı xəbərlər Azərbaycanda narahatlıqla qarşılanıb və buna yol verməmək üçün türkiyəli həmkarlarımızın bizimlə həmrəy olmağını istəyirik", - cümə axşamı keçirilən tədbirdə Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

"Türkiyə Azərbaycanla hər zaman bir yerdə olub. Millətlər arasındakı əlaqələr möhkəm olduğundan hər hansı hökumət də bunu sarsıda bilməz. Ona görə Qarabağ işğaldan azad olunmayana qədər Türkiyə-Ermənistan sərhədləri açılmayacaq", - tədbirdə çıxış edən "İrəli" İctimai Birliyinin rəhbəri Ceyhun Osmanlı deyib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti