...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Aprel 2009 10:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 21.05-dən 21.30-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 15-də saat 05.30-dan 05.45-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti