...

Azərbaycan və Ermənistan əsas diqqəti münaqişənin nizamlanması üzrə baza prinsiplərinə ayıracaqlar – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2009 11:38 (UTC +04:00)
Azərbaycan və Ermənistan əsas diqqəti münaqişənin nizamlanması üzrə baza prinsiplərinə ayıracaqlar – amerikalı həmsədr

Azərbaycan, Bakı, 16 aprel / Trend , müxbir E.Tariverdiyeva / 

Azərbaycan və Ermənistan əsas diqqəti ATƏT-in Minsk Qrupu tərəfindən hazırlanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinə ayıracaqlar. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza bildirib.

Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü, aprelin 15-də ABŞ Dövlət katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı qəbul edib. Bu barədə AzərTAC Dövlət İnformasiya Agentliyi xəbər yayıb.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

"Biz ATƏT-in Minsk Qrupunun münaqişə tərəfləri ilə birgə hazırladığı baza prinsiplərinin yekunlaşdırılması üzrə bir araya gəlmək barədə razılıq əldə etdik", - deyə Trend -a Brayza bildirib. Onun sözlərinə görə, görüş konstruktiv olub və dostluq şəraitində keçib.

"Biz Dağlıq Qarabağ münaqişəsinin balanslaşdırılmış və ədalətli həllini nəzərdə tutan və ərazilərin qaytarılmasını və qaçqınların geri qayıtmasını, Dağlıq Qarabağ və digər ərazilərin bütün sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, tranzit yolların və beynəlxalq zəmanətin bərpa olunması kimi məsələləri özündə əks etdirən "baza prinsipləri"ndən irəli gələn bəzi əsas fikir ayrılıqlarını həll etmək üçün Minsk Qrupunun tərkibində birgə səyləri müzakirə etdik", - deyə Brayza bildrib.  

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti