...

Müəyyən tərəqqi Dağlıq Qarabağ münaqişəsinin kifayət qədər tez nizamlanacağına dair ümidlərimizi artırır – Prezident İlham Əliyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2009 16:51 (UTC +04:00)
Müəyyən tərəqqi Dağlıq Qarabağ münaqişəsinin kifayət qədər tez nizamlanacağına dair ümidlərimizi artırır – Prezident İlham Əliyev

RİA Novosti-nin verdiyi xəbərə görə, Azərbaycan Prezidenti İlham Əliyev "Dağlıq Qarabağ probleminin nizamlanması məsələsi üzrə mövqelərin yaxınlaşdırılmasında göstərdiyi səylərə görə" Rusiyaya minnətdarlığını bildirib.

İlham Əliyev, həmçinin münaqişənin kifayət qədər tez həll olunacağına ümid etdiyini bildirib.

"Əlbəttə ki, nəticənin olmaması bizi sevindirə bilməz, lakin bununla belə, biz danışıqlar prosesində müəyyən tərəqqinin olduğuna göz yuma bilmərik. Bu tərəqqi münaqişənin kifayət qədər tez nizamlanacağına dair ümidlərimizi də artırır. Tərəflərin mövqeləri son vaxtlar müəyyən dərəcədə yaxınlaşıb və əvvəllər həll edilməsi çətin olan bəzi məsələlər razılaşdırılıb ki, bu da danşıqların davam etdirilməsi üçün yaxşı bazadır", - deyə cümə günü Rusiya-Azərbaycan danışıqlarının yekunu üzrə keçirilən mətbuat konfransında İlham Əliyev bildirib. 

Onun sözlərinə görə, "hələ ki, tərəflərin razılığa gələ bilmədikləri məsələlər qalmaqdadır".

Ölkə başçısı bununla belə qeyd edib ki, Bakının səyləri həmişə konstruktiv yanaşmaya, beynəlxalq hüquqa və tarixi ədalətin bərpasına əsaslanıb.

"Sirr deyil ki, Azərbaycan əraziləri 20 ildir işğal altındadır və bu fakt bütün dunya ictimaiyyəti tərəfindən qəbul olunub. Ümid edirik ki, yaxın aylarda biz nizamlanma prosesində hər iki dövlətin maraqlarına cavab verən, Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən və regionumuzda norma və prinsipləri bərpa edən qərar qəbul edəcəyik. Bundan hamı qazanac əldə edəcək və o zaman biz Cənubi Qafqaz regionunda tammiqyaslı regional əməkdaşlıqdan danışa bilərik", - deyə Azərbaycan Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti