...

Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maksimal irəliləyişə ümid edir – Prezident Medvedyev

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Aprel 2009 17:00 (UTC +04:00)
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində maksimal irəliləyişə ümid edir – Prezident Medvedyev

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda maksimal irəliləyişə nail olmaq istəyir", - cümə günü RF Prezidenti Dmitri Medvedyev bildirib. Bu barədə RİA Novosti xəbər verir.

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin mütəmadi xarakter alması məncə çox vacibdir. Rusiya öz mandatının yerinə yetirilməsinə hazırdır. Biz həmişə bu prosesə yardımçı olmağa çalışmışıq. Bu cür əlaqələr davam etdirilərsə - başqa alternativ də yoxdur - mən əminən ki, hazırlanmış təklifləri nəzərə alaraq bu problemi iki xalqın maraqlarından çıxış edərək həll etmək mümkün olacaq", - Medvedyev cümə günü jurnalistlərə azərbaycanlı həmkarı İlham Əliyevlə danışıqlardan sonra deyib.

Rusiya dövlətinin başçısı "hansısa yeni fikirlərin ortaya çıxması"nı istisna etməyib.

"Əlbəttə hüquqi müstəvidə qalmaq lazımdır, amma ətrafında birləşə biləcəyimiz, hansısa durumda yeni cərəyan gətirə biləcək yanaşmalardan qaçmaq lazım deyil. Mənə elə gəlir ki, bu, mümkündür", - o deyib.

Medvedyev qeyd edib ki, "RF bu çətin, ancaq həll oluna bilən problemin həlli üçün ondan asılı olan bütün vasitələrə əl atacaq".

Rus liderinin fikrincə, tərəflər bir-birilərinin arqumentlərini eşidirlər.

"Perspektivlər var və hər şeydən əvvəl BMT və ATƏT-in qəbul etdiyi beynəlxalq hüquq normaları və qətnamələrə söykənmək lazımdır. Buna görə də mən hesab edirəm ki, prinsipcə irəliyə doğru hərəkət var. Ən əsası odur ki, bu proseslərə üçüncü dərəcəli, amma bəzən çox çətin olacaq faktorlar təsir etməsin, tərəflər dözümlülük nümayiş etdirsin və perspektivləri görsünlər", - Medvedyev qeyd edib.

Dağlıq Qarabağ problemi Medvedyevlə İlham Əliyevin danışıqlarının mərkəzi mövzularından biri olub. Rusiya Minsk qrupunun həmsədri kimi Bakı və İrəvan arasında razılaşmalar üçün kompromis variantların axtarışına yardım etməkdə davam edir.

Ötən ilin noyabrında Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı tərəflər münaqişənin siyasi həllinin tərəfdarı olduqlarını təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti