...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin sabahdan regiona səfəri başlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 May 2009 10:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may / Trend , müxbir E.Тariverdiyeva /

ATƏT-in Minsk Qrupu həmsədrlərinin sabahdan regiona səfəri Azərbaycandan başlayacaq, cümə axşamı Trend -a amerikalı həmsədr Metyu Brayza məlumat verib.

Brayzanın öncə Trend -a bildirdiyinə görə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin məqsədi ən yaxın zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.

Mayın 7-də Praqada Aİ-nin "Şərq tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezdentləri ABŞ səfirliyində görüş keçirib, Dağlıq-Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Prezidentlərin növbəti görüşü iyunun əvvəlində Sankt-Peterburqdakı iqtisadi forum çərçivəsinə planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub.

1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan  ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

 Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti