...

Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması Azərbaycanın dövlət siyasətinin uğurlarının artırılması üçün vacibdir - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 11:25 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması Azərbaycanın dövlət siyasətinin uğurlarının artırılması üçün vacibdir - vitse-spiker

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan Parlamentinin vitse-spikeri Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən təşkilatlandırılmasını vacib sayır.

"Dağlıq Qarabağın azərbaycanlı icmasının yenidən formalaşdırılması Azərbaycanın dövlət siyasəti və diplomatiyasının uğurlarının artırılması üçün vacibdir", - Trend -un məlumatına görə, bunu cümə günü jurnalistlərə vitse-spiker Bahar Muradova bildirib.

Trend -un arayışı: Bu gün "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin qurultayı işinə başlayıb.

"Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesi ilə məşğul olan təşkilatlar bizimlə hesablaşmağa məcburdurlar. Təşkilatlanmanı elə səviyyədə qurmalıyıq ki, beynəlxalq təşkilatlar yeri gələndə bizim rəyimizi öyrənsin, fikrimizlə hesablaşsın", - daha öncə  Trend -a icmanın həmtəsisçisi, millət vəkili Elman Məmmədov bildirib.

İcmanın ilk rəhbəri Şuşanın mərhum icra başçısı Nizami Bəhmənov olub. Bəhmənov ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh danışıqlarında "Dağlıq Qarabağın Azərbaycanlı İcması"nı da həmin ildən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı kimi təmsil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Muradova deyib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının güclü təşkilatlanması beynəlxalq aləmdə aparılan ədalətli mübarizənin öndə irəliləməsi üçün böyük əhəmiyyət daşıyacaq.

 Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti