...

Prezidentlərin son görüşündən sonra növbəti addımların effektivliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır - Azərbaycan XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 İyun 2009 20:59 (UTC +04:00)
Prezidentlərin son görüşündən sonra növbəti addımların effektivliyi Ermənistanın mövqeyinin dəyişməsindən asılıdır - Azərbaycan XİN

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir C.Babayeva /

"Azərbaycan və Ermənistan prezidentlərin son görüşündən sonra növbəti addımların effektivliyi Yerevanın mövqeyinin dəyişməsindən asılıdır", - çərşənbə günü xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan konkret addımlar gözləyir.

"Bu addımlar ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplərin razılaşdırılması zamanı mürəkkəb məqamların həllinə yönəlməlidir", - Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Əzimov bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan bu prinsiplərlə razıdır, lakin bəzi məqamlar hələ ki, razılaşdırılmayıb.

"Azərbaycan hələ ki, Ermənistandan güzəşt görmür", - Əzimov deyib.

O bildirib ki, münaqişəni asanlıqla həll etmək olar, lakin bunun üçün Ermənistanın mövqeyinin dəyişməsi zəruridir. "Bu, Ermənistanın öz mövqeyini strateji qiymətləndirməsi halında mümkündür", - Əzimov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti