...

Təhlükəsizlik Platformasının yaranmasına üçüncü tərəflər də cəlb oluna bilər – Türkiyə XİN-in nümayəndəsi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2009 18:14 (UTC +04:00)

Qazaxıstan, Astana, 25 iyun / Trend , müxbir K.Konırova /

Cənubi Qafqazda Təhlükəsizlik Platformasının yaranmasında əsas tərəflərlə - Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyə ilə yanaşı, Dağlıq Qarabağ münaqşəsinin nizamlanmasında müəyyən rol oynayacaq İran və ATƏT kimi üçüncü tərəflər də iştirak edə bilər. Bu barədə bu gün Astanaya gələn Türkiyənin xarici işlər nazirinin siysi işlər üzrə katibinin köməkçisinin müavini Ünal Çeviköz cümə axşamı Avro-Atlantika Tərəfdaşlıq Şurasının Təhlükəsizlik forumunda çıxışı zamanı bildirib.

"Qafqazda əsas problem inamın olmamasıdır. Bu platformanın yaradılması Cənubi Qafqazda münaqişələrin həlli üçün vacibdir. Münaqişə tərəfləri danışıqlar masası arxasında oturmalı və birbaşa dialoq həyata keçirilməlidir", - deyə Çeviköz bildirib.

Rusiya və Türkiyə ötən il sentyabr ayının ortalarında "Qafqazda stabillik və təhlükəsizlik paltforması"nın yaradılması planını həyata keçirməyə başlayıblar. Planın məqsədi Türkiyənin və Rusiyanın Qafqazda Türkiyə və Ermənistan, eyni zamanda Ermənistan və Azərbaycan arasındakı ərazi münaqişələrinin daha tez həllinə səy göstərməsidir.

Çeviközün sözlərinə əsasən, məsələnin həlli yalnız birbaşa dialoq yolu ilə mümkündür.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti