...

Azərbaycan hökuməti sülh müqaviləsindən sonra gedəcək proseslərə hazırdır – baş nazirin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 İyul 2009 13:25 (UTC +04:00)
“Son dövrlər siyasi baxımdan münaqişə ilə bağlı danışıqlar fəallaşıb. Artıq hiss olunur ki, danışıqlarda müəyyən irəliləyiş var. Hamımız sülh müqaviləsinin imzalanacağı günü gözləyirik”, - Trend News-un məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı baş nazirin müavini, Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə bildirib.
Azərbaycan hökuməti sülh müqaviləsindən sonra gedəcək proseslərə hazırdır – baş nazirin müavini

Azərbaycan, Bakı, 28 iyul  / Trend , muxbir C.Babayeva /

Azərbaycan hökuməti Dağlıq Qarabağ münaqişəsində əldə olunacaq sülh müqaviləsindən sonra gedəcək proseslərə çoxdan hazır olduğunu bildirib.

"Son dövrlər siyasi baxımdan münaqişə ilə bağlı danışıqlar fəallaşıb. Artıq hiss olunur ki, danışıqlarda müəyyən irəliləyiş var. Hamımız sülh müqaviləsinin imzalanacağı günü gözləyirik", - Trend -un məlumatına görə, bunu jurnalistlərə çərşənbə axşamı baş nazirin müavini, Məcburi Köçkünlər və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Həsənovun sözlərinə görə, bir il bundan öncə "Qayıdış Proqramı" yekunlaşdırılıb. "Proqram beynəlxalq təşkilatlar, səfirlik, beynəlxalq maliyyə qurumları, bütün nazirlik və komitələrlə razılaşdırılıb", - baş nazirin müavini deyib.

Komitə sədri Proqramda bütün mərhələlərin əks olunduğunu bildirib. "İlk növbədə bütün istiqamətdə qayıdış mümkün olmayacaq. Qayıdış bir istiqamətdə başlayacaq ki, bu da minaların təmizlənməsi ilə bağlı olacaq. Sonra həmin ərazilərə daxil olunacaq, həmin ərazinin infrastrukturuna dəymiş ziyan bir daha dəqiqləşdiriləcək. İki il bundan öncə  ziyan 60 mlrd. dollar məbləğində müəyyənləşmişdi", - Həsənov deyib.

O,  infrastrukturun bərpası ilə paralel iş yerlərinin yaradılması işinin də aparılacağını bildirib. "Daha sonra insanların həmin ərazilərə köçürülməsinə başlanacaq. Bu proseslə bağlı heç bir problem yoxdur. Biz yalnız sülh müqaviləsinin imzalanması vaxtını gözləyirik", - baş nazirin müavini deyib.  


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti