...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2009 15:17 (UTC +04:00)
İyun ayında keçirilən qurultay zamanı Nizamnaməyə dəyşikliklər edildiyindən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciətimizə müsbət cavab verilib”, - cümə axşamı Trend News-a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınıb

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınıb.

İyun ayında keçirilən qurultay zamanı Nizamnaməyə dəyşikliklər edildiyindən, qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciətimizə müsbət cavab verilib", - cümə axşamı Trend -a Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Əlaqələndirmə Şurasının rəhbəri Mehdi Abdullayev bildirib.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Abdullayevin sözlərinə görə, qurultayda icmanın adında dəyişiklik edildiyinə və yeni nizamnamə qəbul olunduğuna görə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmək zərurəti yaranıb. "Bizim artıq hüquqi ünvanımız da olduğundan qeydiyyata alınmaq üçün heç bir problemlə üzləşmədik", - şura rəhbəri əlavə edib.

Trend -un arayışı: İyunun 5-də Dağlıq Qarabağın azərbaycanlı icmasının ilk qurultayı keçirilib. Qurultayda Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi yenidən formalaşdırılaraq Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi adlandırılıb. Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov qurultayda icmanın rəhbəri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti