...

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını etiraf edir – Azərbaycanın vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2009 15:22 (UTC +04:00)
“ATƏT-in səylərinin artırılmasını müsbət hesab etmək olar”, - Muradova bildirib. “Bu imkandan maksimum səmərəli istifadə etmək lazımdır. Qafqazdakı dövlətlərdən yalnız Azərbaycanda inkişaf tempi var. Bu da düzgün siyasətlə bağlıdır. Biz istəyirik ki, üç dövlət bir-birinə paralel inkişaf etsin, qarşılıqlı münasibətlər yüksək səviyyədə olsun”, – vitse-spiker qeyd edib.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını etiraf edir – Azərbaycanın vitse-spikeri

Azərbaycan, Bakı, 10 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycan Milli Məclisinin (Parlament) vitse-spikeri hesab edir ki, beynəlxalq cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını etiraf edir.

"Prinsiplərin razılaşdırılması üzərində gedən işi, ən azı bu proseslərlə bağlı fəaliyyətin intensivliyini qiymətləndirməmək mümkün deyil. Artıq bir çox beynəlxalq dairələr Dağlıq Qarabağ probleminin həllinin zamanının çatdığını etiraf edirlər. Bu, yaxşı tendensiyadır" - bazar ertəsi Azərbaycanın vitse-spikeri, deputat Bahar Muradova hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

"ATƏT-in səylərinin artırılmasını müsbət hesab etmək olar", - Muradova bildirib.  "Bu imkandan maksimum səmərəli istifadə etmək lazımdır. Qafqazdakı dövlətlərdən yalnız Azərbaycanda inkişaf tempi var. Bu da düzgün siyasətlə bağlıdır. Biz istəyirik ki, üç dövlət bir-birinə paralel inkişaf etsin, qarşılıqlı münasibətlər yüksək səviyyədə olsun" - vitse-spiker qeyd edib.

"Əgər sülh olmayacaqsa, bu regionda layihələrdən bəhrələnmək mümkün olmayacaq"  - Muradova bildirib. "O cümlədən, beynəlxalq dairələr, müxtəlif ölkələr də öz layihələrini sona qədər yerinə yetirə bilməyəcəklər. Ən azı bu maraqlarına görə beynəlxalq dairələr Qafqazdakı sülh prosesinə qoşulmalıdırlar. Arzu edirik ki, sülh səyləri nəticə versin və Ermənistanı qeyri-konstruktiv mövqeyindən çəkindirmək mümkün olsun. Əks halda, Prezident İlham Əliyevin dediyi kimi, digər vasitələr Azərbaycanın hüquqlarını qorumaq istiqamətində işə düşə bilər", - vitse-spiker bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti