Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 17-də saat 17.50-dən 18.15-dək və 18.20-dən 18.35-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.00-dan 22.05-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.45-dən 22.50-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.35-dən 23.05-dək və 23.45-dən 23.55-dək Tərtər rayonunun Talış və Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.