...

Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Sentyabr 2009 14:04 (UTC +04:00)
Fletçer Hüquq və Diplomatiya məktəbində (Tafsa Universiteti, Boston, Massaçustet ştatı) 25-27 sentyabrda “Daqlıq Qarabağ münaqişəsinə yeni baxış” mövzusunda simpozium keçiriləcək, Trend News-a Azərbaycan Diplomatiya Akademiyasının (ADA) xarici siyasət proqramları üzrə dirtektoru Fariz İsmayılzadə deyib.
Dağlıq Qarabağ münaqişəsi ABŞ-da müzakirə olunacaq

Azərbaycan, Bakı, 21 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Fletçer Hüquq və Diplomatiya məktəbində (Tafsa Universiteti, Boston, Massaçustet ştatı) 25-27 sentyabrda "Daqlıq Qarabağ münaqişəsinə yeni baxış" mövzusunda simpozium keçiriləcək, Trend -a Azərbaycan Diplomatiya Akademiyasının (ADA) xarici siyasət proqramları üzrə dirtektoru Fariz İsmayılzadə deyib.

Azərbaycan tərəfdən məruzə ilə Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Elin Süleymanov, ADA-nın xarici siyasət proqramları üzrə direktoru Fariz İsmayılzadə, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin departament rəhbəri Gülşən Paşayeva, ADA-nın elmi əməkdaşı Taleh Ziyadov, Beynəlxalq Böhran Qrupunun Bakı ofisinin rəhbəri Təbib Hüseynov və başqaları çıxış edəcəklər.

Simpoziumda məqsəd Cənubi Osetiyadakı müharibədən sonrakı dövrdə Dağlıq Qarabağ münaqişəsinin və bu müharibənin regionda balansın dəyişməsinə nə dərəcədə təsir etməsinin təhlil edilməsidir. Türkiyənin Ermənistanla bağlı son təşəbbüsü, eləcə də Rusiyada maliyyə böhranı və onun regiona təsiri də diskussiya mövzusu olacaq.

Simpozium Fletçer Hüququ və Diplomatiya İnstitutu və Harvard Universiteti tərəfindən birgə təşkil edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti