...

ATƏT-in MQ həmsədrləri tərəflərə Kişinyovda imzalanması üçün heç bir sənəd təklif etməyiblər - rusiyalı vasitəçi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2009 12:07 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə Kişinyovda imzalanması üçün heç bir sənəd təklif etməyiblər.
ATƏT-in MQ həmsədrləri tərəflərə Kişinyovda imzalanması üçün heç bir sənəd təklif etməyiblər - rusiyalı vasitəçi

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə Kişinyovda imzalanması üçün heç bir sənəd təklif etməyiblər.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyovda görüşü zamanı heç bir sənədin imzalanmasını təklif etməyiblər", - çərşənbə axşamı jurnalistlərə rusiyalı həmsədr Yuri Merzlyakov bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü oktyabrın 8-də Kişinyovda keçiriləcək, bu barədə bu gün Bakıda jurnalistlərə Merzlyakov bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti