...

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədr ölkələrin xarici işlər nazirlərinin görüşündə maraqlıdır - I vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Oktyabr 2009 14:42 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin görüşündə maraqlıdır.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həmsədr ölkələrin xarici işlər nazirlərinin görüşündə maraqlıdır - I vitse-spiker

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin xarici işlər nazirlərinin görüşündə maraqlıdır.

"Bizim tərəfimizdən belə bir görüş üçün heç bir problem yoxdur. Dəfələrlə müraciət etmişik ki, üç ölkənin XİN rəhbərləri ilə görüşüb münaqişənin gələcək taleyi ilə bağlı müzakirə aparılsın. Biz hətta bu görüşün Azərbaycanda keçirilməsində də israrlı deyilik. Belə görüş həmsədr ölkələrin birində, ya da neytral ölkədə keçirilə bilər", - Trend -un məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Milli Məclisin (Parlament) I vitse-spikeri Ziyafət Əsgərov bildirib.

Trend -un arayışı:
Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti