Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 21-də saat 12.20-dən 12.45-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 15.00-dan 15.10-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.25-dən 20.35-dək Tərtər rayonunun Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 21.55-dək, 23.00-dan 23.10-dək, oktyabrın 22-də saat 00.30-dan 00.45-dək və 06.15-dan 06.30-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaraxanbəyli, Qorqan, Aşağı Əbdürəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.05-dən 00.20-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.