Azərbaycan, Bakı, 02 noyabr / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 1-də saat 06.45-dən 07.20-dək, 21.00-dan 21.20-dək və 23.50-dən 00.05-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qorqan və Aşağı Əbdürəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 12.40-dan 12.50-dək Ağdam rayonunun Sarcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.