...

Qarabağ üzrə hazırkı status-kvo Ermənistanın maraqlarına uyğun deyil - Aİ-nin xüsusi nümayəndəsi Piter Semnebi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Noyabr 2009 11:19 (UTC +04:00)
Qarabağ üzrə hazırkı status-kvo Ermənistanın maraqlarına uyğun deyil - o, daima qeyri-müəyyən vəziyyətdə qala bilməz, - Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi "Kommersant" qəzetinə müsahibəsində bildirib.
Qarabağ üzrə hazırkı status-kvo Ermənistanın maraqlarına uyğun deyil - Aİ-nin xüsusi nümayəndəsi Piter Semnebi

Qarabağ üzrə hazırkı status-kvo Ermənistanın maraqlarına uyğun deyil - o, daima qeyri-müəyyən vəziyyətdə qala bilməz, - Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi "Kommersant" qəzetinə müsahibəsində bildirib.

"Nə yaxşı ki, Ermənistan-Türkiyə danışıqları prosesi irəlilədi. Regionun daha uzun üç sərhədinin - Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan, Rusiya və Gürcüstan arasındakı sərhədlərin bağlı olduğu vaxtda Türkiyə və Ermənistan sərhədlərinin açılması normal olmayan vəziyyətin aradan qaldırılması istiqamətində ilk addım ola bilər", - Semnebi bildirib.

Onun sözlərinə əsasən, bu, regionunun normal inkişafı üçün maneədir. Bu gün Ermənistan-Türkiyə münasibətləri irəliləyişin ola biləcəyi həddə çatıb, o belə hesab edir. Semnebinin fikrincə, ratifikasiya prosesi çətin olacaq, lakin bu həm Ermənistanın, həm də Türkiyənin maraqlarındadır.

"Əminəm ki, perspektivdə bu, Azərbaycanın da marağında olacaq, çünki o da regionun sərhədlərinin açılmasında maraqlıdır. Gürcüstandakı müharibə göstərdi ki, Cənubi Qafqaz ölkələri zəifdir. Bu zəifliyi yalnız bu məsələləri həll edərək aradan götürmək olar. Əminəm ki, Ermənistan rəhbərliyi də belə düşünür. Qarabağ üzrə status-kvo Ermənistanın maraqlarına uyğun deyil, lakin o, daima qeyri-müəyyən vəziyyətdə qala bilməz", - Semnebi bildirib.

Semnebinin fikrincə, bunların hamısına nail olmaq üçün Qafqazda böyük etibar lazımdır. "Bunun üçün isə Aİ və ya Rusiya kimi üçüncü tərəflərin fəallığı vacibdir. Ümid edirəm ki, birlikdə biz dialoqu təmin edə bilərik", - Semnebi bildirib.

Xəbər lenti

Xəbər lenti