...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2009 09:55 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir A.Axundov/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 15-də saat 13.10-dan 13.20-dək, 19.00-dan 19.30-dək, 21.05-dən 21.25-dək, 22.30-dan 22.40-dək və 22.55-dən 23.03-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 21.05-dən 21.25-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti