...

ATƏT-in Minsk Qrupu həmsədrləri vaxt azlığı səbəbindən Yerevana səfər etməyiblər – ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Dekabr 2009 12:51 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri regiona sonuncu səfərləri zamanı vaxt azlığı səbəbindən Yerevana səfər etməyiblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsinə dair şəxsi nümayəndəsi Anjey Kaspşik ( Andrzej Kasprzyk) deyib.
ATƏT-in Minsk Qrupu həmsədrləri vaxt azlığı səbəbindən Yerevana səfər etməyiblər – ATƏT-in xüsusi nümayəndəsi Anjey Kaspşik

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir E.Tariverdiyev/

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona sonuncu səfərləri zamanı vaxt azlığı səbəbindən Yerevana səfər etməyiblər. ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsinə dair şəxsi nümayəndəsi Anjey Kaspşik ( Andrzej Kasprzyk) deyib.

"Həmsədrlərin iş qrafiki çox sıx idi, buna görə də onlar Yerevana səfər edə bilməyiblər. Lakin onlar yanvarda, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü hazırlamaq üçün Yerevana gedəcəklər", - Kaspşik Trend -a deyib.

Kaspşikin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün yeri hələlik müəyyən olunmayıb.

ATƏT-in Minsk Qrupu həmsədrləri regiona sonuncu səfərləri zamanı ancaq Azərbaycanda olublar, Ermənistana səfər edilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər

Xəbər lenti

Xəbər lenti