Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 21-də saat 11.55-dən 12.10-dək, 12.35-dən 13.00-dək və 16.55-dən 17.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 21.00-dan 21.40-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 12.10-dan 12.16-dək və yanvarın 22-də saat 02.25-dən 02.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adzıs yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
İtki yoxdur.