...

Oman Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıdır - XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Fevral 2010 11:11 (UTC +04:00)
Oman Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və biz ümid edirik ki, bu problem sülh yolu ilə həll olunacaq", - Omanın XİN rəhbəri Yusif ibn Alivi ibn Abdulla çərşənbə axşamı Bakıda Trend News-a deyib.
Oman Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunmasının tərəfdarıdır - XİN rəhbəri

Azərbaycan, Bakı, 02 fevral /

Trend , müxbir Ü.Sadıxova/

Oman Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. "Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və biz ümid edirik ki, bu problem sülh yolu ilə həll olunacaq", - Omanın XİN rəhbəri Yusif ibn Alivi ibn Abdulla çərşənbə axşamı Bakıda Trend -a deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Omanın XİN rəhbəri Bakıda rəsmi səfərdədir. Azərbaycan XİN-nin dəvəti ilə təşkil olunan bu səfərin əsas məqsədi ölkələr arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsidir.

"Ölkələr arasında ikitərəfli əməkdaşlıq haqqında bir sıra müqavilələr var və qarşılıqlı əlaqələrin inkişafına dair plan qəbul ediləcək. Biz şadıq ki, Omanda Azərbaycan səfirliyi fəaliyyət göstərməyə başlayacaq və yaxın gələcəkdə Bakıda Oman səfirliyi açmağı planlaşdırırıq", - Yusif ibn Alivi ibn Abdulla deyib.

Oman XİN rəhbəri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib. Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla danışıqlar planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti