...

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanlı əsir və girovdan məktub gətirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Fevral 2010 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşları ilə görüşüblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva cümə axşamı Trend -a bildirib ki, fevralın 2-də təşkilatın Ermənistan nümayəndəliyinin əməkdaşları əsir Anar Hacıyev və girov Eldar Tağıyevlə görüşüb, onlarla təkbətək söhbət aparıb və saxlanma şəraiti ilə tanış olublar.

Quliyeva bildirib ki, BQXK-nın nümayəndələri əsir və girova ailələrinin məktublarını çatdırıblar.

Hacıyev və Tağıyev ailəsinə məktub yollayıb. BQXK-nın nümayəndəsi bildirib ki, məktublar onların ailəsinə çatdırılıb.

Tovuz rayon sakini Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.

Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev ötən il mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb.

Xəbər lenti

Xəbər lenti