...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2010 11:26 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar
Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri fevralın 17-də saat 11.40-dan 11.45-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23.20-dən 23.45-dək Cəbrayıl rayonunun Cocuqmərcanlı, Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti