Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanın "İRƏLİ" İctimai Birliyi və Kiyevin "Молодежный Европейский Рух" şəhər təşkilatı fevralın 20-də "Xocalı faciəsi. Konflikt nöqtələrinin inkişaf tarixi: Ukrayna və Azərbaycan" mövzusuna həsr olunmuş görüş keçirəcək.
İctimai Birliyin cümə günü yaydığı məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda, Ukraynada və digər ölkələrdə təhlükəsizlik sistemi mövzusu müzakirə ediləcək. Tədbir çərçivəsində 1992-ci il Xocalı faciəsinə həsr olunmuş filmin təqdimatı keçiriləcək.
Bu aksiya "İRƏLİ" İctimai Birliyinin Xocalı faciəsi ilə əlaqədar olaraq Avropanın 8 ölkəsində keçirilən tədbirlər silsiləsinə aiddir.
Ukrayna ilə yanaşı, Fransada, Böyük Britaniyada, Almaniyada, Hollandiyada, Litvada, Latviyada və digər ölkələrdə də kütləvi aksiyalar və konfranslar keçiriləcək.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş kitablar, disklər və digər materiallar paylanacaq.