...

Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaş şəhərlər oldular

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Mart 2010 08:50 (UTC +04:00)
Xocalı və Çexiyanın Lidiçe arasında şəhərlərin qardaşlığı haqqında protokol imzalanıb. Bu barədə Azərbaycan-Çexiya cəmiyyətinin məlumatında deyilir.
Xocalı və Çexiyanın Lidiçe şəhəri qardaş şəhərlər oldular

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Xocalı və Çexiyanın Lidiçe arasında şəhərlərin qardaşlığı haqqında protokol imzalanıb. Bu barədə Azərbaycan-Çexiya cəmiyyətinin məlumatında deyilir.

Azərbaycan-Çexiya Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Çexiyadakı Səfirliyinin dəstəyi ilə 26 Fevral 2010 tarixində Lidiçe Xatirə Kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirildi.

Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə, Azər-Çex Cəmiyyətinin sədri Elşən Nəzərov, Lidiçe Xatirə kompleksinin direktoru Miloş Çervençl və Xocalı İcra başçısının müavini Vahid Əliyev Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoydular.

Tədbirdə çıxış edən Lidiçe şəhəri İcra başçısı Yosef Klima elan etdi ki, qəsəbənin yeni tikiləcək küçələrinin birinə Xocalı adı veriləcəkdir. Bundan sonra Xocalı faciəsi haqda Heydər Əliyev Fondunun hazırladığı sərginin vernisajı keçirildi, Qarabağ Konflikti haqda seminar və sənədli film nümayiş olundu. Tədbirə Çex Senatının təmsilçiləri, Çexiyadakı Türkiyə və bəzi MDB ölkələrinin səfirliklərinin, diasporaların nümayəndələri və coxsaylı KİV təmsilçiləri qatılmışdı.

Qeyd edək ki, tədbirin keçirilməsinə qarşı Ermənistan diasporası və Vyanadakı Ermənistan səfiri Aşot Ovakimyan tərəfindən Lidiçe rəhbərliyinə ciddi etiraza baxmayaraq, düşmənlərimiz istəyinə nail ola bilməmiş, Lidiçe və Xocalı arasında əməkdaşlıq haqda protokollar uğurla imzalanmışdır.

Lidiçe qəsəbəsi 1942-ci ildə Alman faşistləri tərəfindən yerlə yeksan edilmiş, əhalisi terora məruz qalmışdır. Xocalı və Lidiçe faciələrinin oxşarlığı məhz ona səbəb olmuşdur ki, təşkilatımız Lidiçe Muzeyi və Xatirə Kompleksində 26 Fevral 2007-ci ildə Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş 3 ay davam edən silsilə tədbirlər keçirmişdir.

Xəbər lenti

Xəbər lenti