...

Protokolların imzalanmasında əsas məqsədlərindən biri işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi idi - Davudoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Mart 2010 15:02 (UTC +04:00)

Türkiyə-Ermənistan protokollarının imzalanmasında əsas məqsəd ikitərəfli münasibətlərin normallaşması ilə yanaşı, işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi idi. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. Məlumatı CNN Turk yayıb.

"Dünya ictimaiyyəti başa düşməlidir ki, Cənubi Qafqazda birtərəfli sülh mümkün deyil", - nazir deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti