...

ATƏT-in Minsk qrupu və Ermənistan XİN rəhbəri arasında danışıqlar konstruktiv keçib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Mart 2010 11:06 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri - Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə danışıqlar aparıblar. Bu barədə ATƏT-in məlumatında bildirilir.
ATƏT-in Minsk qrupu və Ermənistan XİN rəhbəri arasında danışıqlar konstruktiv keçib

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Qasımova/

ATƏT-in Minsk qrupunun həmsədrləri  - Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradke (ABŞ) Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ilə danışıqlar aparıblar. Bu barədə ATƏT-in məlumatında bildirilir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Edvard Nalbandyan ilə martın 16-da Parisdə işgüzar iclas zamanı görüşüblər", - məlumatda deyilir.

Danışıqlar zamanı həmsədrlər tərəfindən təqdim olunmuş Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair baza prinsiplərinin son formulları üzrə erməni tərəfinin şərhləri müzakirə olunub.

"Danışıqlar konstruktiv ruhda keçib və həmsədrlərin Yerevana və Dağlıq Qarabağa qarşıdakı səfəri zamanı davam etdiriləcək", - məlumatda vurğulanır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən yaranıb. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejimi əldə ediblər və indiyədək ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, FransaABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.

Xəbər lenti

Xəbər lenti