Azərbaycan, Bakı, 25 mart / Trend /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 24-də saat 21.25-dən 21.50-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 25-də saat 04.20-dən 04.40-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahli Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.