...

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Aprel 2010 10:46 (UTC +04:00)
Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 6-da saat 16:50-dən 17:15-dək və 18:00-dan 18:25-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;  saat 22:45-dən 22:55-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən; saat 23:10-dan 23:25-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən; aprelin 7-də saat 04:10-dan 04:25-dək isə Ermənistan Respublikasının Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti