...

ATƏT Ermənistan və Azərbaycan ordusunun təmas xəttində monitorinq keçirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2010 12:37 (UTC +04:00)
ATƏT Ermənistan və Azərbaycan ordusunun təmas xəttində monitorinq keçirəcək
ATƏT Ermənistan və Azərbaycan ordusunun təmas xəttində monitorinq keçirəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend/

ATƏT Ermənistan və Azərbaycan ordusunun təmas xəttində monitorinq keçirəcək.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına əsasən, iyunun 16-sı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov kəndində Ermənistan və Azərbaycan ordusunun təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.

Azərbaycan tərəfindən monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçisi Jaslan Nurtazin keçirəcək.

Təmas xəttinin əks tərəfində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Xerdiç və Uilyam Prayor keçirəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti