...

ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini pisləyib (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyun 2010 00:34 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini qəti şəkildə pisləyir və mənasız itkilər üçün kədərlənirlər.
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində güc istifadəsini pisləyib (ƏLAVƏ OLUNUB)

RED. əlavəsi: 3-cü abzasdan sonra təfərrüatlar əlavə olunub

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir R.Daraxşan/

ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Bernar FasyeRobert Bradtke AzərbaycanErmənistan qoşunlarının təmas xəttində güc istifadəsini qəti şəkildə pisləyir və mənasız itkilər üçün kədərlənirlər. Bu barədə həmsədrlərin bazar  ertəsi yaydığı bəyanatında deyilir.

"Ermənistan və Azərbaycan Müdafiə nazirliklərinin məlumatına görə, iyunun 18-dən 19-na keçən gecə təmas xəttinin şimali hissəsində insan tələfatına səbəb olmuş silahlı insident baş verib. Bu cür insident 1994-cü ilin atəşkəs razılaşmasının qəbulolunmaz pozulmasıdır və tərəflərin güc istifadəsindən və gücdən istifadə etmək təhdidlərindən çəkinməyə dair elan etdiyi öhdəliyə ziddir", - bəyanatda deyilir.

Bəyanatda o da qeyd olunur ki, insident Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin dəvəti ilə Sankt-Peterburqda Dağlıq Qarabağ münaqışəsinin sülh nizamlanmasına dair danışığlarını davam etmək məqsədi ilə keçirilən görüşündən sonra dərhal baş verib.

"Hərbi gücündən istifadəsi, xüsusən bu anda, ancaq sülh prosesinə ziyan vurmaq cəhdi kimi baxıla bilər", bəyanatda bildirilir.

Həmsədrlər tərəfləri həm ərazidə həm də ictimaiyyət üçün nəzərdə tutulmuş bəyanatlarında təmkinlilik nümayiş etdirməyə və əhalini müharibəyə yox, sülhə hazırlamağa çağırıb.

"[Həmsədrlər] bir daha təsdiqləyib ki, münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur və müharibə bir variant deyil", bəyanatda deyilir.

Həmsədrlər həmçinin tərəfləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə hərtərəfli əməkdaşlığa və onun monitorinq sahəsindəki fəaliyyətinə əngəl törətməməyə çağırıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti