...

Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyul 2010 09:42 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini bir neçə istiqamətdə atəşə tutub.
Azərbaycan-Ermənistan təmas xəttində atəşkəs pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan mövqelərini bir neçə istiqamətdə atəşə tutub.

Müdafiə Nazirliyi mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 30-da saat 07:10-dan 07:30-dək, saat 07:48-dən 08:10-dək, iyulun 1-də saat 03:30-dan 03:35-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 16:10-dan 16:50-dək, saat 19:50-dən 20:20-dək Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyulun 1-də saat 00:40-dan 00:55-dək Ağdam rayonunun Sarıcalı və Kəngərli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti