...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 İyul 2010 10:09 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də saat 08:15-dən 08:35-dək, saat 20:45-dən 20:55-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 1-də  saat 08:15-dən 08:35-dək,  saat 20:45-dən 20:55-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 19:00-dan 19:05-dək Cəbrayıl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 23:25-dən 23:50-dək  Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 23:25-dən 23:45-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında  yerləşən mövqelərdən;

- saat 23:25-dən 23:40-dək; iyulun 2-də  saat 01:20-dən 01:45-dək Tərtər rayonunun Göyarx və Qapanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti