...

ABŞ dövlət katibi Ermənistanda azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyul 2010 18:10 (UTC +04:00)
Ermənistanda biz həlak olmuş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini müzakirə edəcəyik. ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında belə deyib.
ABŞ dövlət katibi Ermənistanda azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini müzakirə edəcək

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir V.Javoronkova/

Ermənistanda biz həlak olmuş azərbaycanlı əsgərin meyitinin qaytarılması məsələsini müzakirə edəcəyik. ABŞ dövlət katibi Hillari Klinton bazar günü Bakıda Azərbaycana səfərinin yekunları üzrə mətbuat konfransında belə deyib.

"Təəssüf ki, biz ölüm halları ilə tez-tez rastlaşırıq, istər əsgər olsun, istərsə də mülki şəxs, bu, bizdə kədər hissi doğurur. Biz hesab edirik ki, 1994-cü il atəşkəs haqqında sazişə əməl olunmalıdır və bu saziş qüvvədə qalmalıdır", - Klinton bildirib.

İyunun 18-də Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı dörd erməni hərbçisi öldürülüb, dördü isə yaralanıb. Azərbaycan tərəfdən isə Millli Ordumuzun əsgəri, Biləsuvar rayonundan olan Mübariz İbrahimov şəhid olub. Onun meyiti neytral ərazidə qalıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti