...

ATƏT-in Minsk qrupunun görüş tarixi müəyyən olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 İyul 2010 11:08 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri, dövlət katibi - Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin iştirakı ilə ATƏT-in Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü iyulun 17-də Almatıda təşkil olunacaq. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.
ATƏT-in Minsk qrupunun görüş tarixi müəyyən olunub

Аzərbaycan, Bakı, 13 iyul /Trend, müxbir R.Daraxşan/

ATƏT-in fəaliyyətdə olan sədri, dövlət katibi - Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayevin iştirakı ilə ATƏT-in Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü iyulun 17-də Almatıda təşkil olunacaq. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib.

ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı iyulun 16-17-də Almatıda keçiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti