Azərbaycan, Bakı, 24 avqust /Trend/
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 23-də saat 20:40-dan 21:00-dək Goranboy rayonunun adsız yüksəkliklərdə yerləşən mövqelərdən;
saat 23:10-san 23:25-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.