...

BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək - AŞ PA-nın vitse-prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Sentyabr 2010 16:29 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək.
BMT-də Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək - AŞ PA-nın vitse-prezidenti

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın işğal olunmuş ərazilərinə dair sənədin BMT-də qəbul olunması Ermənistanın mövqeyini daha da zəiflədəcək. Trend-in məlumatına görə, bunu hakim partiyanın rəsmi saytına açıqlamasında AŞ PA-nın vitse-prezidenti, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

"Məsələnin BMT müstəvisinə çıxarılması ilə bağlı Ermənistanda ciddi narahatlıq var. Onlar da çox gözəl başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcək", - Seyidov deyib.

BMT Baş Assambleyasının sentyabrın 7-də keçiriləcək plenar iclasında Cənubi Qafqazla bağlı bir sıra sənədlərə baxılacaq. Həmçinin, iclasda "Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət"lə bağlı qətnamə layihəsinə də baxılacaq.

Deputatın sözlərinə görə, bütün hallarda bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır.

Seyidov qeyd edib ki, əsas məqamlardan biri də budur ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir. Onun fikrincə, bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması öz-özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox böyük əhəmiyyət kəsb edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti