...

Azərbaycanın millət vəkilləri şəhid olmuş əsgərlərin yaxınlarına başsağlığı veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2010 02:01 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva və Cəlilabad rayonundan millət vəkili seçilmiş Aydın Həsənov Tərtər istiqamətində şəhid olan hərbçilərimiz Əhməd Abdullayev və Fərid Əhmədovun ailələrinə baş çəkiblər və yaxınlarına başsağlığı veriblər. Bu barədə Trend-ə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.
Azərbaycanın millət vəkilləri şəhid olmuş əsgərlərin yaxınlarına başsağlığı veriblər

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Millət vəkili Qənirə Paşayeva və Cəlilabad rayonundan millət vəkili seçilmiş Aydın Həsənov Tərtər istiqamətində şəhid olan hərbçilərimiz Əhməd Abdullayev və Fərid Əhmədovun ailələrinə baş çəkiblər və yaxınlarına başsağlığı veriblər. Bu barədə Trend-ə Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

Sentyabrın 3-dən 4-nə erməni hərbçiləri cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Atışma zamanı iki hərbi qulluqçumuz - Abdullayev Əhməd Hüseynağa oğlu (1976, Cəlilabad RHK) və Əhmədov Fərid Gülağa oğlu (1986, Xətai RHK) şəhid olublar.

Millət vəkilləri, ilk öncə, şəhid Əhməd Abdullayevin ailəsinə baş çəkib, ailə üzvlərinə və yaxınlarına başsağlığı veriblər. Sonra şəhidin qəbrini ziyarət ediblər. Bundan sonra millət vəkilləri Qənirə Paşayeva və Aydın Həsənov şəhid Fərid Əhmədovun yaxınları ilə görüşərək onlara başsağlığı veriblər.

Millət vəkilləri şəhid ailələri və yaxınları ilə görüşlərdə bildiriblər ki, Vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş bu gənclərimizlə bütün dünyadakı azərbaycanlılar fəxr edir və onların ruhu qarşısında baş əyir.

"Böyüyən gəncliyimiz bu cür gənclərdən, qəhrəmanlardan, şəhidlərimizdən örnək götürməlidir", - deyən millət vəkilləri Vətən üçün, torpağımız üçün canından keçən qəhrəmanlarımızın, şəhidlərimizin əbədilik Azərbaycan tarixində yaşayacağını deyiblər.

Millət vəkilləri şəhid ailələrinin daim Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısında olmasına toxunaraq bunun hər bir azərbaycanlı üçün örnək olduğunu, şəhid ailələrinə diqqət və qayğının hər bir azərbaycanlının ən müqəddəs borcundan biri olduğunu qeyd ediblər.

Şəhid ailələri və yaxınları övladlarının Vətən uğrunda şəhid olmaları ilə fəxr etdiklərini deyiblər.

Xəbər lenti

Xəbər lenti