...

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2010 10:07 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 18-də saat 11:15-dən 11:25-dək Ermənistan Respublikası İсevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi;

- saat 17:45-dən 17:55-dək Ermənistan Respublikası Noyenberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi;

- saat 22:20-dən 22:25-dək Ermənistan Respublikası Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində yerləşən mövqelərimizi;

- saat 10:40-dan 10:.50-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən;

- saat 18:30-dan 19:00-dək, 18:40-dan 19:15-dək Goranboy rayonu Tapqaraqoyunlu və Gülüstan kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 23:20-dən 23:40-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən:

- saat 19:25-dən 20:00-dək, 23:30-dan 23:55-dək və oktyabrın 19-da saat 03:05-dən 03:25-dək Tərtər rayonunun Seysulan, Çaylı və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayсan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Düşmən сavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti