...

NATO Dağlıq Qarabağ üzrə qətnaməni yaz sessiyasında müzakirə edəcək – Azərbaycanın I vitse-spikeri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Noyabr 2010 11:41 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə NATO Parlament Assambleyasının yaz sessiyasında müzakirə ediləcək.
NATO Dağlıq Qarabağ üzrə qətnaməni yaz sessiyasında müzakirə edəcək – Azərbaycanın I vitse-spikeri

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir M.Əliyev/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə NATO Parlament Assambleyasının yaz sessiyasında müzakirə ediləcək.

"Dağlıq Qarabağ üzrə qətnamə NATO Parlament Assambleyasının yaz sessiyasında müzakirə ediləcək", - cümə günü jurnalistlərə Azərbaycan Parlamentinin I vitse-spikeri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, payız sessiyası zamanı planlaşdırılan qətnamənin müzakirəsi Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədar təxirə salınmışdı.

"Biz NATO PA-nın rəhbərinə məktubla müraciət edərək Azərbaycan nümayəndə heyətinin parlament seçkiləri ilə bağlı [iclasda] iştirakının mümkünsüzlüyünü qeyd etdik və qətmanəyə növbəti iclasda baxılmasını xahiş etdik,  qarşı tərəfdən mübət cavab aldıq", - I vitse-spiker bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Cümə günü Brüsseldə NATO PA-nın iclası keçirilir.

Xəbər lenti

Xəbər lenti