...

SILKNET telefon şirkəti ümid edir ki, Azərbaycan Dağlıq Qarabağa zənglər üçün kodu göstərəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Dekabr 2010 16:30 (UTC +04:00)
SILKNET telefon şirkəti ümid edir ki, Azərbaycan Dağlıq Qarabağa zənglər üçün müvafiq kodu göstərəcək.
SILKNET telefon şirkəti ümid edir ki, Azərbaycan Dağlıq Qarabağa zənglər üçün kodu göstərəcək

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

SILKNET telefon şirkəti ümid edir ki, Azərbaycan Dağlıq Qarabağa zənglər üçün müvafiq kodu göstərəcək. Bu barədə şirkətin rəsmi bəyanatında deyilir.

Gürcüstanın telefon şirkəti SILKNET-in Qardabani filialında beynəlxalq zənglər üçün tariflər siyahısında göstərilib ki, Dağlıq Qarabağa zəng etmək üçün Ermənistanın +3744/9 kodunu yığmaq lazımdır.

"SILKNET" şirkəti Deutsche Telecom,Tata Communications (UK) Limited, OTE International Solutions S.A., LANK Telecom operatorları vasitəsilə beynəlxalq zəngləri həyata keçirir", - bəyanatda deyilir.

Yuxarıda göstərilən koddan istifadə edilməsi bu operatorlarla olan müqavilələrlə və təklif olunan beynəlxalq telefon kodlarının siyahısı ilə əlaqədardır.

"Ümid edirik ki, Azərbaycanın müvafiq orqanları beynəlxalq operatorlara Dağlıq Qarabağa zənglər üçün müvafiq kodu göstərəcəklər və bu məsələ beynəlxalq operatorlar tərəfindən düzəldiləcək", - bəyanatda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti