...

Dağlıq Qarabağ üzrə Astana bəyannaməsi nizamlama prosesində irəliləyişdir – səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Dekabr 2010 14:05 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ATƏT-in Astana sammitində münaqişə tərəfləri olan ölkələr - Azərbaycan və Ermənistanın prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərlərinin birgə qəbul etdikləri bəyannaməni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş kimi qiymətləndirir.
Dağlıq Qarabağ üzrə Astana bəyannaməsi nizamlama prosesində irəliləyişdir – səfir

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir V.Javoronkova/

Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ATƏT-in Astana sammitində münaqişə tərəfləri olan ölkələr - Azərbaycan və Ermənistanın prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərlərinin birgə qəbul etdikləri bəyannaməni Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş kimi qiymətləndirir.

"Bu asan olmayıb. Münaqişə illərdir ki, davam edir və biz onun bütün çətinliklərini anlayırıq", - çərşənbə günü səfir Trend BİA-nın konfrans zalında deyib.

Onun sözlərinə görə, Astana ATƏT-ə sədrliyi zamanı irəliləyişlərə nail olmağa çalışıb və müəyyən uğurlar əldə edilib.

"Bu cür münaqişələrdən sıçrayış gözləyirlər, lakin bu, bir il ərzində həll olunmur", - diplomat qeyd edib.

Son 11 il ərzində keçirilməyən ATƏT sammiti dekabrın 1-2-də Astanada Qazaxıstanın təşkilata sədrliyi çərçivəsində keçirilib. Görüşdə bütün üzv ölkələrin dövlət və hökumət başçıları bir araya gəliblər.

Sammit zamanı münaqişə tərəfləri olan ölkələr -Azərbaycan və Ermənistanın prezidentləri, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətinin rəhbərlərinin birgə bəyannaməsi qəbul olunub. Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə bəyannamə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə çağırır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti