...

Ermənilər AŞPA-da Dağlıq Qarabağ üzrə Komitənin fəaliyyətinin bərpa edilməsini istəmirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Yanvar 2011 14:52 (UTC +04:00)
Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bildirib ki, AŞPA-nın sədri Mövlud Çavuşoğlu 24-28 yanvarda kleçiriləcək sessiyada Dağlıq Qarabağ üzrə Komitənin fəaliyyətinin bərpa edilməsini təklif edərsə, Ermənistan nümayəndə heyəti buna etiraz edəcək.
Ermənilər AŞPA-da Dağlıq Qarabağ üzrə Komitənin fəaliyyətinin bərpa edilməsini istəmirlər

Ermənistan parlamentinin Avrointeqrasiya üzrə daimi komissiyasının sədri, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvü Naira Zoqrabyan bildirib ki, AŞPA-nın sədri Mövlud Çavuşoğlu 24-28 yanvarda kleçiriləcək sessiyada Dağlıq Qarabağ üzrə Komitənin fəaliyyətinin bərpa edilməsini təklif edərsə, Ermənistan nümayəndə heyəti buna etiraz edəcək. 

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti