...

Dağlıq Qarabağ münaqişəsinin həlli zor tətbiqinə əsaslanmamalıdır – Fransa senatoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2011 17:55 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli zorakılıq metodların tətbiqinə deyil, beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, siyasi danışıqlara əsaslanmalıdır. Fransa Senatının üzvü Andre Ville belə hesab edir.
Dağlıq Qarabağ münaqişəsinin həlli zor tətbiqinə əsaslanmamalıdır – Fransa senatoru

Azərbaycan, Bakı, 9 fevral /Trend,müxbir Т. Konyayeva/

Dağlıq Qarabağ münaqişəsinin həlli zorakılıq metodların tətbiqinə deyil, beynəlxalq hüquq prinsiplərinə riayət etməyə, siyasi danışıqlara əsaslanmalıdır. Fransa Senatının üzvü Andre Ville belə hesab edir.

"Problemdən çıxış yolunun tapılmasında Ermənistan və Azərbaycan rəhəbərlikləri səviyyəsində mövcud olan çətinlikləri anlayırıq. Azərbaycanın əsasən energetika sahəsində iqtisadi inkişafı sayəsində regionda güclü dövlətə çevrilməsi nəticəsində hazırkı vəziyyətdə bir sıra irəliləyişlər görürük. Bu, hər iki münaqişə tərəfinə öz fikrini dəyişməkdə və əlverişli qərara gəlməkdə yardım edə bilər",- bu barədə çərşənbə günü Trend-ə senator Ville deyib.

ATƏT-in Minsk qrupu öz imkanları və fəaliyyəti məhduddur, o deyib.

"Hər üç həmsədr yalnız müzakirələrdən sonra müəyyən olunan ümumi mövqe barədə danışır. Həmsədrlərdən birinin digər iki iştirakçı ilə məsləhətləşmədən öz mövqeyini bəyan etməsi qəti şəkildə qəbulolunmazdır",- Ville deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti