...

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Fevral 2011 10:17 (UTC +04:00)
Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub. Bu barədə cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Nazirliyin məlumatında bildirilir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 23-də saat 19:05-dən 19:20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23:05-dən 23:10-dək, fevralın 24-də saat 00:50-dən 01:05-dək Ermənistan Respublikasının İcevan rayonunun Ayqovit və Vozaşen kəndlərində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli və adsız yüksəkliklərdə yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti