...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Fevral 2011 10:19 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəsi pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni hərbçilər fevralın 24-də saat 23:10-dan 23:20-dək Ermənistanın İcevan rayonunun Vozaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, fevralın 25-də saat 01:00-dan 01:20-dək və 02:00-dan 02:30-dək Ağdam rayonunun Sarıcalı və Şirvanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:10-dan 05:35-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti